Cenubtv.az xəbər verir ki, İraqın dövlət xəzinəsi son 17 il ərzində ölkənin şimal bölgəsindən həyata keçirilən neft qaçaqmalçılığı və müxtəlif maxinasiya sxemləri üzündən 303 milyard dollar məbləğində maliyyə ziyanı ilə üzləşib.
Bu barədə İraq parlamentinin deputatı Məhəmməd əl-Həfaci məlumat verib.
Parlamentarinin açıqlamasına əsasən, ümumi itkilərin 101 milyard dolları tələb olunan neft həcmlərinin mərkəzi hakimiyyətə təslim edilməməsi, 79 milyard dolları dövlət şirkətindən yan keçilməklə reallaşdırılan ixracat, qalan 123 milyard dolları isə şimaldakı yataqların İraq Kürdüstanı rəhbərliyinin nəzarətinə keçməsi nəticəsində yaranıb.





