Cenubtv.az xəbər verir ki, bu il fəaliyyətinin 30 illiyini qeyd edən Atəşgah Sığorta Şirkəti ASC bu əlamətdar tarixi müştəriləri ilə birlikdə qeyd etmək üçün xüsusi kampaniyaya başlayıb.

Yubiley münasibətilə təşkil olunan bu təşəbbüs çərçivəsində iştirakçılar dəyərli hədiyyə, o cümlədən avtomobil qazanmaq şansı əldə edəcəklər.

Kampaniyada yalnız Əmlak və ya Səyahət sığortası üzrə qüvvədə olan sığorta müqaviləsinə malik fiziki şəxslər iştirak hüququ qazanırlar.

Tədbirin ətraflı şərtləri, qaydaları və hədiyyələrin siyahısı barədə məlumatı şirkətin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.