Cenubtv.az xəbər verir ki, "Baku Steel Company" QSC paytaxtımızda baş tutan Azərbaycan–İtaliya Biznes Forumunun iştirakçısı olub.
Tədbirin rəsmi proqramı çərçivəsində metallurgiya, energetika və infrastruktur sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Müəssisənin Baş direktorunun müavini Sultan Əskərov rəqəmsal transformasiya panelində çıxış edərək istehsalatda süni intellekt və avtomatlaşdırma həllərindən bəhs edib.
Görüşün nəticəsi olaraq BSC İtaliyanın "Dismas Trading S.r.l." və "Edgar H. Greenham & Co. S.r.l." qurumları ilə niyyət sazişlərinə imza atıb.
Sənədi Azərbaycan tərəfdən baş direktor Kamal İbrahimov, italyan tərəfdən isə ITAZERCOM-un prezidenti Manuela Traldi təsdiqləyib.





