Cenubtv.az xəbər verir ki, Bakının Lökbatan qəsəbəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərdən birinin ARB TV-nin sabiq aparıcısı Ada Süleyman olduğu müəyyənləşib.

Məlumata əsasən, gənc aparıcı yaxınları ilə birlikdə doğum gününü qeyd etdikdən sonra evinə qayıdarkən faciə ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Qaradağ rayonu ərazisində avtomobildə insanların sıxlıqlı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları "VOYAH" markalı minik və yük avtomobillərinin toqquşduğunu aşkar ediblər.

Xilasedicilər xüsusi vasitələrlə sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın deformasiyaya uğrayan maşından meyitlərini çıxarıb təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.