Cenubtv.az xəbər verir ki, noyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xaymə əmirliyində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ilkin məlumatlara əsasən 11 nəfər həlak olub.
Qəza baş verən əraziyə dərhal təcili tibbi yardım briqadaları və mülki müdafiə qüvvələri cəlb edilib.
Xilasedicilər tərəfindən bölgədə lazımi təhlükəsizlik tədbirləri görüldü və yolda nəqliyyat vasitələrinin hərəkəti tənzimləndi.





