Cenubtv.az xəbər verir ki, Gürcüstan prezidenti Mixeil Kavelaşvili Antalyada Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev ilə bir araya gəlib.

Danışıqlar zamanı tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlığın prioritetlərinə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əlaqələrə diqqət yetiriblər.

Eyni zamanda görüşdə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, Özbəkistandan sərmayələrin cəlb edilməsi və turizm imkanlarının genişləndirilməsi müzakirə olunub.

Dövlət başçıları Orta Dəhlizin potensialını dəyərləndirərək Mərkəzi Asiya ölkələrindən Gürcüstan limanları vasitəsilə Avropaya yüklərin daşınması imkanlarını nəzərdən keçiriblər.

Sonda tərəflər beynəlxalq qurumlar çərçivəsində birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.