Cenubtv.az xəbər verir ki, cari ilin ilk doqquz ayı ərzində ABŞ Venesuelanın neft ixracı və təbii sərvətlərinin satışından ümumilikdə 12,26 milyard dollar gəlir əldə edib.

Mövcud hesabat göstərir ki, yanvarın 3-dən sentyabrın sonunadək toplanan vəsaitlər birbaşa ABŞ Maliyyə Nazirliyinin nəzdində açılmış xüsusi hesaba köçürülüb.

Bu məbləğin 11,7 milyard dolları Venesuela milli valyutasının məzənnəsini qorumaq üçün ölkəyə qaytarılıb, təxminən 130 milyon dollar isə xarici borcların bağlanmasına sərf olunub.

Venesuela neftinin satışında müstəsna hüquqlara sahib olan "Trafigura" və "Vitol" kimi beynəlxalq treyderlər hesaba daxil olan vəsaitlərin təxminən 61 faizini təmin ediblər.

Qeyd edək ki, avqustun 28-də ABŞ Prezidenti Donald Tramp Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının ölkəsinə verilməsini nəzərdə tutan müqaviləni elan etmişdi.