Cenubtv.az xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Qobu Park yaşayış massivində sakin bir neçə itin hücumuna məruz qalıb. Hadisə ötən gün səhər saatlarında qeydə alınıb.
Həmin anlar binalardan birinin yuxarı mərtəbəsindən çəkilən görüntülərdə əksini tapıb. Yerli sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfər it dişləməsi ilə üzləşib.
Vətəndaşlar qəsəbədə sahibsiz heyvanların sayının durmadan artdığını qeyd edirlər. Onların sözlərinə görə, xüsusilə səhər və axşam saatlarında çölə çıxmaq təhlükəlidir, uşaqlarını məktəbə göndərən valideynlər də ciddi narahatlıq keçirirlər.
Şikayətçilər məsələ ilə əlaqədar müxtəlif qurumlara müraciət etdiklərini desələr də, hələ ki heç bir nəticə əldə olunmayıb.





