Cenubtv.az xəbər verir ki, Zaqatala şəhərində yerləşən Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Daxili Qoşunların şəhid zabiti, mayor və Vətən Müharibəsi Qəhrəmanının büstünün açılışı gerçəkləşib.

Tədbirdə qəhrəmanın ailə üzvləri, rayon rəhbərliyi, deputat, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, qazilər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər mayor Şixamir Qaflanovun döyüş yolundan bəhs ediblər və iştirakçılar onun büstü önünə gül dəstələri düzüblər.