Cenubtv.az xəbər verir ki, Gəncə şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hərəkətdə olan "Toyota" markalı avtomobillə digər maşının toqquşması nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-cı il təvəllüdlü E. Hümbətov yaralanıblar.
Bütün yaralılar təcili olaraq tibb müəssisəsinə çatdırılıb və ilkin məlumata əsasən onların vəziyyəti kafi qiymətləndirilir.
Qəza baş verən əraziyə polis əməkdaşları cəlb olunub və faktla əlaqədar müvafiq araşdırmalara başlanılıb.





