Cenubtv.az xəbər verir ki, ABŞ lideri Donald Trampın kürəkəni və danışıqlardakı təmsilçisi Cared Kuşner Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutan üçtərəfli müzakirələri konstruktiv adlandırıb.
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə reallaşan görüş barədə o, özünün sosial şəbəkə hesabında açıqlama yayıb.
Kuşner qeyd edib ki, bugünkü faydalı müzakirələrdən ruhlanıblar və dövlət başçısının tapşırığına əsasən bu dağıdıcı müharibəni dayandırmaq üçün səy göstərirlər.
Onun sözlərinə görə, məqsəd Ukraynanın suverenliyini, təhlükəsizliyini, rifahını qorumaq və Avropada davamlı sülhü təmin edəcək razılaşmalar hazırlamaqdır.





