Cenubtv.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında başa çatacaq səlahiyyət müddəti başa çatanadək büdcə kəsirinin məhdudlaşdırılmasını nəzərdə tutan qızıl qaydanı ölkənin Əsas Qanununda əks etdirməyi planlaşdırır.
Mətbuatda yayılan məlumatlara görə, bu təşəbbüsün əsasını hələ 2011-ci ildə o vaxtkı baş nazir Fransua Fiyonun hökuməti tərəfindən hazırlanmış islahat layihəsi təşkil edə bilər.
Həmin sənəd parlamentin hər iki palatasının razılığını alsa da, sabiq prezident Nikola Sarkozinin referenduma getməkdən imtina etməsi və sosialistlərin müqaviməti səbəbindən qüvvəyə minməmişdi.
Hazırda Makron dəyişiklikləri Milli Assambleya və Senatın daxil olduğu Konqresin birgə iclası vasitəsilə qəbul etdirməyi düşünür və lazımi səs çoxluğunu toplamaq üçün mərkəzçi, eləcə də sağ qüvvələrin dəstəyinə arxalana bilər.
Buna baxmayaraq, Marin Le Pen 2011-ci il layihəsini kifayət qədər işlənməmiş hesab edir, Yelisey sarayı isə mümkün konstitusiya islahatı ilə bağlı yayılan xəbərləri şərh etməyib.





