Cenubtv.az xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ölkədəki mülki sənaye müəssisələrindən birinə hücum edilib.

Təcavüzkar addım nəticəsində obyektdə yanğın alovlanıb və hadisə yerinə dərhal Mülki Müdafiə qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürənlər alovun tam söndürülməsi istiqamətində zəruri tədbirlər görürlər.

İlkin qiymətləndirmələrə görə, insident zamanı insan tələfatı və ya xəsarət alan qeydə alınmayıb, lakin mülki infrastruktura maddi ziyan dəyib.

Qeyd edək ki, daha əvvəl Bəhreyn DİN əhaliyə müraciət edərək təhlükəsizlik təhdidləri fonunda səfərbər olmağa və rəsmi xəbərləri izləməyə çağırış etmişdi.