Cenubtv.az xəbər verir ki, noyabrın 22-də ölkənin bir çox regionunda hava şəraitinin kəskinləşəcəyi və güclü küləyin əsəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, əlverişsiz meteoroloji amillə əlaqədar olaraq sarı xəbərdarlıq səviyyəsi tətbiq olunub.
Proqnozlara görə, Mingəçevir, Gəncə, Quba, Lerik və digər bir sıra rayonlarda qərb istiqamətindən əsəcək küləyin sürəti saniyədə 13.9-20.7 metrə çatacaq.





