Cenubtv.az xəbər verir ki, ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

Görüş zamanı o, ölkəmiz ilə Ermənistan arasında sülh istiqamətində əldə olunan uğurlar münasibətilə dövlət başçımızı təbrik edib və bu prosesdə Prezident Donald Trampın xüsusi rolunu qeyd edib.

Nazir çıxışında TRIPP dəhlizinin tam gücü ilə fəaliyyətə başlamasının Bakı ilə İrəvan, eləcə də bütün region ölkələri arasında nəqliyyat əlaqələrini və iqtisadi-ticari əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.