Cenubtv.az xəbər verir ki, Rusiyanın Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər verməyə hazır olması irəliyə doğru mühüm addımdır. Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Donald Trampın bu cür təminatları nəzərdən keçirməsi davamlı sülhün əldə olunması üçün əhəmiyyətlidir. Etibarlı mexanizmlərlə dəstəklənən zəmanətlər yeni müharibə riskini azalda bilər.

Kuşner həmçinin Ukrayna lideri Volodimir Zelenskinin bu məsələnin sənədləşdirilməli olması ilə bağlı mövqeyini dəstəkləyib. O qeyd edib ki, istənilən razılaşma ABŞ Konqresinin tələblərinə və milli maraqlara uyğun olmalıdır.