Cenubtv.az xəbər verir ki, Ukraynanın Krivoy Roq şəhəri ağır raket hücumuna məruz qalıb.
Ballistik raketin yaşayış məntəqəsinə düşməsi nəticəsində 20 yaşlı qız və 7 yaşlı oğlan olmaqla iki nəfər həyatını itirib.
Hücum zamanı aralarında uşaqların da yer aldığı 42 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və onlardan 27 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Şəhər Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul bildirib ki, zərbə nəticəsində bir xəstəxana binası, iyirmi üç yaşayış evi və müxtəlif təyinatlı obyektlər ziyan görüb.





