Cenubtv.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzində yerləşən ərazi sularında hücum qeydə alınıb. Hadisə nəticəsində "ADNOC Logistics & Services" şirkətinə məxsus gəmi zədələnib.

Şirkətin yaydığı rəsmi açıqlamaya görə, insident noyabrın 10-da günorta saatlarında baş verib. Qurum gəmilərindən birinin zərər gördüyünü təsdiqləyib.

Hazırda mütəxəssis qruplar hadisənin fəsadlarının aradan qaldırılması üçün lazımi tədbirlər görürlər.

Xatırladaq ki, "ADNOC Logistics & Services" enerji sahəsi üzrə dəniz logistikası xidmətləri təqdim edən Əbu-Dabi Milli Neft Şirkətinin strukturuna daxildir.