Cenubtv.az xəbər verir ki, Almaniya ordusu potensial casusluq təhlükələrinin qarşısını almaq məqsədilə hərbi kazarmalarda və poliqonlarda Çin istehsalı kiçik pilotsuz uçuş aparatlarının istifadəsini rəsmən yasaqlayıb.
“Der Spiegel” nəşrinin yaydığı məlumata əsasən, xüsusilə DJI markası başda olmaqla Çin şirkətlərinə məxsus dronların istismarına son qoyulacaq və bu qurğular Avropa istehsalı olan texnologiyalarla əvəzlənəcək.
Məhdudiyyətlər təkcə uçuş aparatları ilə məhdudlaşmayıb, həm də BYD, “Geely” və NIO brendlərinə aid Çin istehsalı avtomobillərin hərbi bazaların ərazisinə buraxılmasına qadağa qoyulub.
Sözügedən nəqliyyat vasitələrinin sahibləri olan hərbçilərə avtomobillərini hərbi hissələrin daxilində deyil, yalnız kənarda saxlamaq barədə göstəriş verilib.





