Cenubtv.az xəbər verir ki, Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanan Samir Məmmədov hərəkət məhdudiyyətinə baxmayaraq, böyük əzm və iradə nümayiş etdirərək yenidən aktiv həyata qayıdıb.
Müdafiə xarakterli tədbirlər çərçivəsində Bakı Reabilitasiya Mərkəzində müalicə alan qəhrəmanımız zəruri bərpa xidmətləri ilə təmin olunub.
Mərkəzdə uğurlu reabilitasiya kursu keçən qazi əlillik səddini aşaraq əmək qabiliyyətini özünə qaytarıb.
Hazırda restoran meneceri kimi fəaliyyət göstərən S.Məmmədov keçdiyi çətin və şərəfli yoldan danışaraq bildirib ki, bura gələnə qədər böyük bir müharibə yolu keçib və hətta müəyyən müddət əlilliklə də üzləşib.





