Cenubtv.az xəbər verir ki, Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı diplomatik nümayəndəliyi tərəfindən Finlandiyada məskunlaşan həmvətənlərimiz üçün Helsinki Azərbaycan Evində səyyar konsulluq qəbulu reallaşdırılıb.

Müraciət edən yerli vətəndaşlara zəruri sənədlərin təqdim olunması və digər istiqamətlər üzrə xidmətlər səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı Rəşad Ağazadə tərəfindən həyata keçirilib.

Aksiya zamanı vətəndaşlara hazır pasportlar və vizalar verilib, həmçinin qayıdış şəhadətnamələrinin, etibarnamələrin rəsmiləşdirilməsi qaydaları izah edilib.

Bununla yanaşı, viza müraciətləri, vətəndaşlığın müəyyənləşdirilməsi və bərpası ilə əlaqədar anketlər qəbul olunub, soydaşlarımızın sualları cavablandırılıb.