Cenubtv.az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti qarşılaşmasına çıxıb.
D Liqasının 2-ci qrupunda mübarizə aparan və Ayxan Abbasovun baş məşqçisi olduğu komandamız səfər matçında Lixtenşteyn seçməsinin qonağı olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma təmsilçimizin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Komandamıza qələbə qazandıran yeganə topu oyunun 26-cı dəqiqəsində Mahir Emreli rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran Azərbaycan millisi qrupdakı mübarizəni lider kimi tamamlayıb.





