Cenubtv.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında konteyner gəmisinin dəniz minasına düşdüyünü bəyan edib.
Açıqlamaya əsasən, sözügedən gəmi İran tərəfindən icazə verilən marşrutdan kənara çıxıb, həmçinin avtomatik identifikasiya sistemini söndürüb və yerli hakimiyyətin göstərişlərinə məhəl qoymayıb.
Baş verən partlayışdan və mina ilə toqquşmadan sonra gəmi öz hərəkətini dayandırmaq məcburiyyətində qalıb.
Hadisə fonunda SEPAH ticarət gəmilərini təhlükəsizliyi qorumaq üçün Hörmüz boğazında təsdiqlənmiş marşrutlara və qaydalara ciddi şəkildə əməl etməyə çağırıb.





