Cenubtv.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında əsas mərhələnin V turunun oyunlarına start verilib.

Turnirin ilk oyun günündə ümumilikdə doqquz maraqlı qarşılaşma baş tutub ki, bunlardan biri də İspaniya təmsilçisi “Real Madrid” ilə Niderlandın PSV klubu arasındakı görüş olub.

Madrid təmsilçisi rəqibini böyük hesabla üstələməyi bacarıb.

Günün mərkəzi oyununda isə İngiltərənin “Arsenal” və Almaniyanın “Borussiya Dortmund” kollektivləri münasibətlərə aydınlıq gətiriblər və bu qarşılaşma bərabərliklə başa çatıb.