Cenubtv.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və “Sumqayıt” komandalarının oyununun biletləri bu gün saat 12:00-dan etibarən azarkeşlərə təqdim olunur.

Ağdam təmsilçisinin Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 29-da təşkil ediləcək qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

Turnir cədvəlində vəziyyətə gəlincə, arxada qalan 12 tur nəticəsində 20 xal toplayan “Qarabağ” dördüncü pillədə yer alır. Hesabında 10 xal olan “Sumqayıt” isə onuncu sırada qərarlaşıb.