Cenubtv.az xəbər verir ki, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsinin baş verməsi və insanların avtomobildə sıxlıqda qalması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları göndərilib və əməliyyat şəraiti qiymətləndirilib.

Araşdırma nəticəsində "VOYAH" markalı minik maşını ilə yük avtomobilinin toqquşduğu və minik nəqliyyat vasitəsinin deformasiyaya uğradığı müəyyənləşdirilib.

Xilasedicilər xüsusi texniki vasitələrin tətbiqi ilə sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitlərini sıxılmış vəziyyətdən çıxararaq təhvil veriblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma işləri davam etdirilir.