Cenubtv.az xəbər verir ki, Bakı şəhərinin bəzi yollarında avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən, 1-ci Göl kənarı yolunda Ziya Bünyadov prospekti istiqamətində, Aeroport şosesində isə "Koroğlu" metro stansiyasına doğru tıxac yaranıb.

Həmçinin Heydər Əliyev prospektinin köməkçi yolunda mərkəzə doğru, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli və Atatürk prospektləri arasındakı hissəsində və Yusif Səfərov küçəsində nəqliyyatın axını ləngiyir.

Bundan əlavə, Tbilisi prospektində "20 Yanvar" stansiyasından mərkəzə qədər, Bakı-Sumqayıt şosesində həmin istiqamətdə və "Qələbə" dairəsi yaxınlığında Mətbuat prospekti istiqamətində də sıxlıq qeydə alınıb.