Cenubtv.az xəbər verir ki, İngiltərədə 2026-cı ilin may-sentyabr dövründə həddindən artıq isti hava şəraiti ilə əlaqədar 5258 ölüm hadisəsi qeydə alınıb. Bu rəqəm 2016-cı ildən bu yana qeydə alınan ən yüksək göstərici kimi qiymətləndirilir.

Mütəxəssislərin hazırladığı hesabatda ən çox ölüm halının iyunun 21-dən 28-dək müşahidə olunan isti hava dalğası zamanı baş verdiyi qeyd olunub. Həmin bir həftə ərzində təxminən 2401 nəfər həyatını itirib.

Müqayisə üçün bildirək ki, əvvəlki illərdə bu səbəbdən 2022-ci ilin yayında 2985, 2023-cü ildə 2295, 2024-cü ildə 1311, ötən il isə 1504 ölüm hadisəsi qeydə alınmışdı.

Sənəddə qlobal iqlim dəyişikliyinin təsirlərinə də toxunulub. Bildirilib ki, gələcəkdə anomal istilərin müddəti, başvermə tezliyi və intensivliyi daha da arta bilər.