Cenubtv.az xəbər verir ki, Braziliyada aparılan elmi tədqiqatlar virusları ötürə bilməyən “Wolbachia” bakteriyası daşıyan ağcaqanadların denqe qızdırması və çikunqunya infeksiyalarını təxminən 69 faiz azaltdığını üzə çıxarıb.

Dünyanın denqe qızdırmasından ən çox əziyyət çəkən bölgələrindən birində 5700-dən çox uşaq üzərində aparılan araşdırma bu metodun ənənəvi üsullara qarşı təsirli strategiya ola biləcəyini göstərir.

Beynəlxalq tədqiqat qrupunun üzvü, Emori Universitetinin əməkdaşı doktor Şri Edupuqantinin sözlərinə görə, həmin bakteriyanın daşındığı məhəllələrdə məktəb yaşlı uşaqlar arasında yoluxmalarda təxminən 69 faizlik azalma qeydə alınıb.

Tədqiqatçılar vurğulayıblar ki, bu qoruyucu təsir Braziliyada 2024-cü ildə baş verən şiddətli denqe qızdırması epidemiyası dövründə də özünü qoruyub saxlayıb.

Yeni nəticələr ABŞ-nin Florida ştatında 1940-cı illərdən bəri istənilən ştatda qeydə alınmış ən böyük virus epidemiyası ilə mübarizə aparıldığı bir dövrdə açıqlanıb.