Cenubtv.az xəbər verir ki, faydalı hesab edilən bəzi qidalar uzunmüddətli və mütəmadi qəbul edildikdə diş minasını tədricən aşındıra bilər.

Həkim Lyudmila Berezina ilk növbədə limon, portağal, qreypfurt kimi sitrus meyvələrinin və onların şirələrinin dişlərə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, tərkibindəki üzvi turşular dişlərlə uzun müddət təmasda olduqda minanı nazikləşdirir, xüsusilə davamlı limonlu su içmək vərdişi zərərlidir.

Stomatoloq kişmiş, qaysı, xurma və qurudulmuş quşüzümü kimi quru meyvələrin də təhlükə yarada biləcəyini, çünki onların tərkibində qatılaşdırılmış şəkər və yapışqan quruluş olduğunu qeyd edib.

Mütəxəssis həmçinin turşuya qoyulmuş tərəvəzlərin, salat souslarının və alma sirkəsinin tez-tez istehlak olunmasının dişlərdə eroziya riskini artırdığını izah edib.