Cenubtv.az xəbər verir ki, ABŞ-da hüquq-mühafizə strukturları mart ayının əvvəlindən bəri kiberdələduzluqdan əziyyət çəkən vətəndaşlarına rekord həcmdə – 8 milyard dollar pul vəsaiti qaytarıblar.
Bu barədə ölkənin ədliyyə naziri və baş prokuroru Todd Blanş məlumat verib.
Onun sözlərinə görə, Prezident Donald Trampın martda kiberdələduzluqla mübarizəyə dair imzaladığı fərmandan sonra Ədliyyə Nazirliyi tərəfindən gücləndirilmiş tədbirlər görülüb.
Aparılan tədbirlər çərçivəsində 85 federal dairədə 400-dən çox cinayət işi başlanıb, 800-dən artıq şübhəli şəxs isə məhkəmə qarşısına çıxarılıb, ekstradisiya olunub və ya ittihamları qəbul edib.
Federal Təhqiqat Bürosunun direktoru Keş Patel isə qurumun qanunsuz yolla əldə olunan təxminən 17 milyard dollar vəsaiti, həmçinin 14 mindən çox rəqəmsal cihazı müsadirə etdiyini bildirib.





