Cenubtv.az xəbər verir ki, Bakıda maliyyə sektorunun inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə X Beynəlxalq Bankçılıq Forumu təşkil olunub.
Tədbir bank rəhbərlərini, tənzimləyici qurumların təmsilçilərini, fintex şirkətlərini, akademik dairələri və beynəlxalq mütəxəssisləri bir araya toplayıb.
Proqrama müxtəlif tematik sessiyalar, sərgi zonası və onlayn formatda qoşulmaq imkanları daxil edilib.
Giriş sessiyasında Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edəcəklər.
Həmçinin Türkiyə Banklar Birliyinin baş katibi Nurullah Bakır, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Edqar Abdullayev də tədbirdə məruzələrlə çıxış edəcəklər.





