Cenubtv.az xəbər verir ki, noyabrın 15-i gündüz saatlarından başlayaraq noyabrın 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də bir sıra rayonlarda küləkli hava şəraiti hökm sürəcək.

Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi məlumata əsasən, paytaxtda, Abşeron yarımadasında, həmçinin Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Qobustanda narıncı xəbərdarlıq qüvvəyə minəcək.

Bu ərazilərdə şimal-qərb istiqamətindən əsən küləyin sürətinin 20.8-28.4 metr/saniyəyə çatacağı proqnozlaşdırılır.

Bununla yanaşı, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdə rayonları üçün sarı xəbərdarlıq verilib.

Həmin bölgələrdə qərb küləyinin sürətinin 13.9-20.7 metr/saniyə təşkil edəcəyi gözlənilir.