Cenubtv.az xəbər verir ki, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan iki nəfər saxlanılıb.

M.Məmmədov və Y.Alıyev Su Nəqliyyatında Polis İdarəsinin və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzinin birgə tədbiri nəticəsində ələ keçiblər.

Həmin şəxslərdən istifadəsi qadağan olunan müxtəlif ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkar edilərək götürülüb.