Cenubtv.az xəbər verir ki, Egey dənizində yerli vaxtla gecə saat 02:42 radələrində zəlzələ baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin yayımladığı məlumata görə, təkanların maqnitudası 4,2 təşkil edib.

Yeraltı hadisənin episentri məhz Egey dənizi olub və o, Muğla vilayətinin Bodrum rayonundan təxminən 66,74 kilometr aralıda qeydə alınıb.

Seysmoloji mənbələr təkanların 9,43 kilometr dərinlikdə baş verdiyini bildiriblər.