Cenubtv.az xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüş keçirib.

Tərəflərin biraraya gəlməsi Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.

Danışıqlar zamanı iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri hərtərəfli müzakirə olunub.

Eyni zamanda, mədəniyyət sahəsində əməkdaşlığa dair hüquqi bazanın yaradılması imkanları nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.