Cenubtv.az xəbər verir ki, Qarabağ torpağı Azərbaycana bir çox istedadlı musiqiçi bəxş edib və buraya gələn hər kəs qeyri-ixtiyari olaraq zəngin musiqi aləminə qərq olur.
Müsahibənin qəhrəmanı, uşaqlıq və gənclik illərini Xankəndi ilə Şuşada keçirmiş bəstəkar Arzu Rzayeva da bu istedadlı insanlardandır.
Hazırda Norveçdə yaşayan soydaşımız doğma yurdunun zəngin mədəniyyətini və musiqi ənənələrini xarici ölkədə yaşatmağa davam edir.





