Cenubtv.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya rəsmisi Aleksey Ferapontovun Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş direktorunun müavini vəzifəsinə irəli sürülməsini kəskin şəkildə qınayıb.
Nazir sosial şəbəkə hesabındakı açıqlamasında qeyd edib ki, Kiyevin sanksiyalarına məruz qalan şəxsin belə nüfuzlu qurumda təmsil olunması yolverilməzdir. Onun sözlərinə görə, həmin şəxs Avropanın ən iri atom elektrik stansiyası olan Zaporojye AES-in hərbi yolla ələ keçirilməsini qanuniləşdirmək cəhdlərində birbaşa iştirak edib.
Sibiqa vurğulayıb ki, nüvə təhlükəsizliyinə zərbə vuran və bu cür ağır qərarlarda əti olan birinin agentliyin rəhbərliyinə gətirilməsi mövcud böhran dövründə qəbuledilməz zəiflikdir.
Bununla əlaqədar olaraq, Ukrayna diplomatlarına rəsmi demarş və etiraz notası vasitəsilə ölkənin qəti mövqeyini çatdırmaq barədə lazımi tapşırıqlar verilib.
Xatırladaq ki, “Rostexnadzor” direktorunun müavini olan Aleksey Ferapontov 2023-cü ildən Ukraynanın fərdi sanksiyalar siyahısındadır. AEBA rəhbərliyi isə onun Nüvə Enerjisi Departamentinin rəhbəri qismində 2027-ci ilin əvvəlindən Vyanada fəaliyyətə başlayacağını təsdiqləyib.





