Cənubtv.az xəbər verir ki, Serbiyanın keçmiş dövlət başçısı Aleksandar Vuçiç həbs ediləcəyi təqdirdə aclıq aksiyasına əl atacağını bəyan edib.

Onun sözlərinə görə, belə bir addım ölkədə bir milyona yaxın vətəndaşın küçələrə axışmasına gətirib çıxara bilər.

O, bu barədə yerli televiziya kanallarının birində danışaraq heç yerə getmək fikrində olmadığını diqqətə çatdırıb.

Qarşıdakı seçkilərdə namizədliyi məsələsinə gəlincə, qərarın dekabrın 13-də baş tutacaq qurultayda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Serbiyada növbəti prezident seçkilərinin dekabrın 27-də təşkil olunması planlaşdırılır.