Cenubtv.az xəbər verir ki, Liviyanın Benqazi şəhərindəki hərbi-dəniz bazasında dayanân Rusiyaya məxsus “Merkury” korvetində pilotsuz aparatın hücumu səbəbindən partlayış qeydə alınıb.
Yerli şərq hökumətinin ilkin təhqiqatına görə, gəmi məhz pilotsuz katerlərin hücumuna uğrayıb və hadisə nəticəsində Rusiya ilə Liviya vətəndaşı olan 10 nəfər yüngül xəsarət alıb.
Peyk vasitəsilə əldə edilən görüntülərdə isə korvetin əsas hissəsinin aşaraq suya batdığı aydın görünür.
Bununla yanaşı, həmin ərazidə Malta bayrağı altında hərəkət edən ticarət gəmisi də pilotsuz katerlə vurulub və Liviya Hərbi Dəniz Qüvvələrinin əməkdaşları heyəti xilas etməyə nail olublar.
Həmin axşam Liviya hərbi-dəniz və hava qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Benqazi sahillərində iyirmidən artıq pilotsuz kater ələ keçirilib ya da zərərsizləşdirilib.





