Cenubtv.az xəbər verir ki, Almaniyanın Allqoy regionunda, Bavariya federal torpağındakı kilsələrin birində azı 19 nəfər dəm qazından zəhərlənib.

Hadisə Bad-Qrönenbax icmasında yerləşən ibadətgahın istilik sistemində yaranan nasazlıq səbəbindən meydana gəlib.

Zərərçəkənlərdən dörd nəfərin vəziyyətinin ağır olduğu bildirilir və dərhal xəstəxanalara çatdırılıblar.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları, polis və təcili yardım əməkdaşları cəlb olunaraq xilasetmə işlərinə başlayıblar.

Hüquq-mühafizə qurumları insidentin baş vermə səbəblərini araşdırır, araşdırmalar hələ də davam edir.