Cenubtv.az xəbər verir ki, İranın Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 22:21-də qeydə alınan təbii fəlakətin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri qonşu ölkənin Van vilayətinin Özalp rayonundan 47,59 kilometr məsafədə olub.