Cenubtv.az xəbər verir ki, noyabrın 21-i axşam saatlarından başlayaraq ölkənin şimal və qərb rayonlarında yağıntılı, eləcə də küləkli hava şəraiti müşahidə olunmağa başlayıb.

Sinoptiklərin məlumatına görə, ölkə ərazisinin ayrı-ayrı yerlərində yağıntılar intensiv xarakter alıb, Şahdağda isə arabir qar yağması qeydə alınıb.

Qaxın Sarıbaş kəndində 21 millimetr, Zaqatalada 12 millimetr, Şəkinin Kişçay yaşayış məntəqəsində 10 millimetr, Şəmkir və Tovuzda 9 millimetr yağıntı düşüb.

Bununla yanaşı, Mingəçevirdə 21 metr/saniyə, Şahdağda 20 metr/saniyə, Goranboyda 19 metr/saniyə, Kəlbəcər və Naftalanda isə 18 metr/saniyə sürətlə qərb küləyi əsib.