Cenubtv.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol COP31 çərçivəsində Antalyada keçirilən mətbuat konfransında tədbir iştirakçılarının suallarını cavablandırıb.
O, enerji istehlakında elektrik enerjisinin payının 2035-ci ilədək 35 faizə yüksəldilməsini hədəfləyən layihənin təchizat təhlükəsizliyinə və emissiyaların azalmasına böyük töhfə verəcəyini qeyd edib.
Birol vurğulayıb ki, bir çox dövlət enerji təhlükəsizliyini təmin etmək məqsədilə elektrikləşdirməyə üstünlük verir və bu öhdəliyin imzalanması maliyyə qurumlarına aydın siqnal olacaq.
Agentlik rəhbəri həmçinin inkişaf etməkdə olan ölkələrin təmiz enerji keçidində maliyyə dəstəyi istiqamətində müsbət dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb.





