Cenubtv.az xəbər verir ki, qlobal əmtəə bazarlarında qiymətli metalların bir troya unsiyası üzrə fyuçers müqavilələrinin dəyərində geriləmə müşahidə olunub.
Nyu-Yorkun “COMEX” birjasında aparılan əməliyyatlar zamanı qızılın 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan fyuçersləri 0,49 faiz ucuzlaşaraq 3 573,6 dollara düşüb.
Bununla yanaşı, həmin birjada gümüşün 2026-cı ilin mart fyuçersləri də dəyər itirib və bir unsiyanın qiyməti 0,62 faiz azalaraq 41 dollar səviyyəsində qərarlaşıb.





