Cenubtv.az xəbər verir ki, qlobal bazarlarda milli xam neftimizin qiymətində artım müşahidə olunub.

Belə ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 dollar və ya 1,39 faiz bahalaşaraq 96,13 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, bundan əvvəlki ticarət sessiyasında Azərbaycan nefti 94,81 ABŞ dollarından satılırdı.

Məlumat üçün bildirək ki, ölkənin 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.