Cenubtv.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çinin Şençjen şəhərində baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyi hədəfləyir.

Bu çərçivədə onun Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpin ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Ağ Evin rəsmi nümayəndəsinin açıqlamasına əsasən, liderlər bu müzakirələr zamanı əsas diqqəti nüvə silahlarının azaldılması məsələlərinə yönəldəcəklər.

Bununla belə, ABŞ tərəfi hələlik bu danışıqlardan hər hansı konkret razılaşmanın əldə olunacağını gözləmir.

Qeyd edək ki, Ağ Ev rəhbəri daha əvvəl də qlobal təhlükəsizlik və nüvə nəzarəti mövzusunda həmkarları ilə fikir mübadiləsi aparmaq istədiyini dəfələrlə dilə gətirmişdi.