Cenubtv.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verən qəza səbəbindən 40 mindən artıq sakin işıqsız qalıb.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yaydığı məlumata əsasən, hadisə nəticəsində ümumilikdə 196 yaşayış məntəqəsi və 44 min 735 abonent elektriksiz qalıb.

Hazırda mütəxəssis briqadaları tərəfindən problemin yaranma səbəbləri araşdırılır və elektrik enerjisinin bərpası istiqamətində zəruri işlər aparılır.