Cenubtv.az xəbər verir ki, Çexiya hakimiyyəti Beynəlxalq İnvestisiya Bankından 900 milyon kron (təqribən 40 milyon dollar) həcmində olan borcunu tələb etmək üçün beynəlxalq arbitraj məhkəməsinə müraciət etməyi planlaşdırır.
Məlumata görə, maliyyə qurumunun rəsmi Praqa qarşısında məhz bu məbləğdə öhdəliyi mövcuddur. Qarşıdan gələn məhkəmə prosesində Çexiyanın hüquqi maraqlarını "Bredin Prat SAS" şirkətinin müdafiə edəcəyi bildirilir.
Xatırladaq ki, Çexiya Respublikası hələ 2023-cü ilin ilk aylarında həm Beynəlxalq İnvestisiya Bankı, həm də Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı ilə üzvlük əlaqələrinə rəsmən xitam verib.
Əvvəllər Budapeştdə fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı, Macarıstanın təşkilatdan ayrılmasından sonra mərkəzi ofisini Moskvaya daşıyıb. İndiki dövrdə sözügedən maliyyə institutunda Rusiya, Kuba, Vyetnam və Monqolustan təmsil olunur.





