Cenubtv.az xəbər verir ki, Asiya İnkişaf Bankı ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması təşəbbüsünün reallaşdırılmasına 140 milyon dollar vəsaitin ayrılmasını qətilaşdirib.

Bu təşəbbüs respublikamızda dəniz suyunun duzsuzlaşdırılması istiqamətində reallaşan ilk miqyaslı layihə olmaqla yanaşı, dövlət-özəl tərəfdaşlığı formatında icra olunan ilk təcrübədir.

Maliyyə qurumunun açıqlamasında qeyd olunur ki, sözügedən iş qurumun 2025–2029-cu illər üzrə Azərbaycanla tərəfdaşlıq strategiyasının hədəflərinə tam cavab verir.

Planlaşdırılan işlər çərçivəsində əks osmos üsulu ilə işləyəcək qurğunun inşası, maliyyələşməsi və istismarı həyata keçiriləcək ki, bunun da sutkalıq gücü 300 min kubmetr təşkil edəcək.

İyirmi beş illik dövlət-özəl tərəfdaşlığı sazişi əsasında icra olunacaq layihə çərçivəsində əldə edilən təmiz su yalnız müvafiq dövlət qurumuna təhvil veriləcək.